Ermənilərin Azərbaycan casusu kimi tutduğu çoban danışdı FOTO

27 Sentyabr, 2018 09:25 | Siyasət | Baxış sayı: 916
966
966

"Mənə dedilər ki, sən terrorçusan"

"Sən terrorçusan. Sizin yaşadığınız bölgədə azərbaycanlı çoxdur. Sən Azərbaycan casusu ola bilərsən". Qarsda heyvan otararkən keçdiyi Ermənistanda iki ay həbsxanada saxlanılan 16 yaşlı türk çoban azad edilib. İstiPress-in məlumatına görə, Umut Ali Özmen Ermənistanda başına gələnləri "Hürriyət"ə danışıb. 

Onun sözlərinə görə, yaylada gəzərəkən Ermənistan bayrağını görüb. Bundan sonra yaşayış məntəqəsi tapana kimi getməyə, qarşısına çıxanlardan su istəməyə qərar verib. Bir neçə saat getdikdən sonra qarşısına ot biçən erməni çıxıb. Gənc ondan içmək üçün su istəsə də, erməni rus əsgərlərinə məlumat verib. Əsgərlər isə onu saxlayaraq silah zoru ilə telefonunu açdırıblar. "Yol boyu şəkillər çəkmişdim. Bir daş belə yox idi. Düz ərazilər idi. Amma Ermənistanı tanıdılar. Bundan sonra müvəqqəti saxlanma məntəqəsinə aparıblar".

Hər şey məhz bundna sonra başlayıb. U.Ali onu saxlayan ermənilərə türk olduğunu, Türkiyəyə məxsus vəsiqəsinin olduğunu desə də vəsiqənin saxta ola biləcəyini deyərək, ona inanan olmayıb. 

"İkinci gün mənə vəkil təyin etdilər. İki ay həbsdə qalacağımı dedilər. Şagird olduğumu, dərslərin başlayacağını dedim. Amma faydası olmadı. Vəkillər Qızıl Xaçın uşaqlar üçün mərkəzinə verilməyimi tələb etdilər. Amma məhkəmə razılaşmadı".

Gəncin sözlərinə görə, həbsxanada Azərbaycan dilində bilən işçi olub. 20 gün sonra onun olduğu tək adamlıq otağa televizor qoyulub. Lakin bütün bütün kanallar rus və ermənilərə məxsusu idi. Yemək az verilib".

Xatırladaq ki, Umut Özmen bu il iyul ayının 24-də Qars vilayətinin Akyaka qəsəbəsində heyvan otladarkən Ermənistan sərhədini keçib. O, Rusiya sərhədçiləri tərəfindən tutulub ermənilərə təhvil verilib. 16 yaşlı gənc İrəvanda həbsxanada saxlanılıb. 

Onun atası oğlunun bu qədər uzun müddət saxlanmasına səbəb kimi azərbaycanlı əsilli olmalarını göstərmişdi. "Sərhəddə azərbaycanlı kəndləri olduğunu bilirlər. Uşağın ilk sorusunda da kəndlərin adını bir-bir sayıblar. "Siz azərbaycanlısınız, bəlkə zamanla sizin də bizə hücum etmək ehtimalınız ola bilər" deyib, onu saxlayırlar".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə qarışıb və Ermənistanın baş naziri Nikol Paşinyana zəng edərək türk gənci azad etməyi tapşırıb. Ərdoğanın zəngindən sonra Ermənistan yeniyetmənin qaytarılması hazırlığına başlayıb.