Azərbaycan və Rusiya arasında saziş imzalandı

27 Sentyabr, 2018 11:08 | Siyasət | Baxış sayı: 103
Rusiya və Azərbaycan bayaraqları
Rusiya və Azərbaycan bayaraqları

Saziş İşgüzar Şuraların əməkdaşlığı haqqındadır

Azərbaycanın və Rusiyanın İşgüzar Şuraları əməkdaşlıq haqqında saziş imzalayıb. Sənəd Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının sədrləri Səməd Qurbanov və Aleksey Repik tərəfindən imzalanıb. 

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası da keçirilib. İclasda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov da iştirake dib. "Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib", deyə o bildirib. "İnfrastrukturun inkişafı turistlərin sayının sürətlə artmasına gətirib çıxarıb. Belə ki, 9 ay ərzində Bakıya, təqribən, 1,5 mln. turist səfər edib. İlin sonuna ötən illə müqayisədə 20%-lik artım gözlənilir", - o diqqətə çatdırıb. E.Əzizovun sözlərinə görə, Rusiya vətəndaşları gələn turistlərin təqribən 30%-ni təşkil edirlər.