Suriyada rus və amerikalı hərbçilər toqquşdu - VİDEO

27 Avqust, 2020 14:49 | Siyasət | Baxış sayı: 97

Suriyanın şimal-şərqində Rusiya və ABŞ hərbiçiləri arasında yaşanan və bir neçə amerikalı hərbçinin yaralanması ilə nəticələnən insidentin videosu yayılıb.

İstiPress-in məlumatına görə, video “RusVesna” “Youtube” kanalına yerləşdirilib. Kadrlarda  rus hərbi maşının koalisiyaya aid zirehli maşına çırpılması və daha sonra yaşanan gərgin anlar yer alıb. Hadisə nəticəsində koalisiya qüvvələrinə aid zirehli maşında bir neçə ekipaj üzvünün yaralandığı bildirilir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya konvoyunun keçməsi ilə əlaqədar  beynəlxalq koalisiya qüvvələrinin əvvəlcədən xəbərdarlıq edildiyini, buna baxmayaraq ABŞ hərbçilərinin rus patrulunu bloklamağa çalışdığını bildirib.