Livanlı ermənilər Şuşaya köçürülür

27 Avqust, 2020 09:59 | Siyasət | Baxış sayı: 91
Şuşa - erməni işğalından sonra şəhər xaraba qalıb
Şuşa - erməni işğalından sonra şəhər xaraba qalıb

Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün  işğal olunmuş Dağlıq Qarabağa, Şuşaya köçüblər.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat xidmətinin rəhbəri Zare Sinanyan məlumat verib.

"Livanlı ermənilərin iki ailəsi daimi yaşayış üçün Qarabağa köçüblər", - məlumatda deyilir.

Bundan əvvəl, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərləri müxtəlif şəhər və kəndlərdə Livan ermənilərinin 100-150 ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər.

Xatırladaq ki, ötən həftə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycan ərazilərini işğal etmiş ölkə olaraq qanunsuz fəaliyyətini, o cümlədən işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma siyasətini davam etdirməsi barədə bəyanat yaymışdı.

Beləliklə, "Azərkosmos" ASC-nin "Azersky" peyki vasitəsi ilə aparılan monitorinqlər nəticəsində işğal altında olan Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib.