Hulusi Akar: "Ermənistan gücündən böyük işlərə girişir"

27 Avqust, 2020 14:57 | Siyasət | Baxış sayı: 66
Hulusi Akar
Hulusi Akar

Azərbaycan türkü bizim qardaşımızdır. Biz bir millət, iki dövlətik.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Bizim kimin tərəfində olduğumuza heç kimin şübhəsi olmasın. Biz təbii ki, burada tərəfik. Qardaşlığın, haqqın, hüququn tərəfiyik”, - Akar söyləyib.

H.Akar əlavə edib ki, Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla öz gücündən çox üstün işlərə girişir.