Mehriban Əliyevaya mənalı hədiyyə FOTOLAR

27 Avqust, 2019 08:22 | Siyasət | Baxış sayı: 945
Mehriban Əliyeva Bibiheybətdə
Mehriban Əliyeva Bibiheybətdə

Birinci xanım İslam dünyasının üçüncü ziyarətgahında olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə İslam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur. Milli-mənəvi dəyərlərimizə dərindən bağlı olan ulu öndər Heydər Əliyev 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət edib, 1997-ci il iyulun 23-də, Məhəmməd Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoyub. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapıb. Dövlətimizin başçısı 2005-ci və 2007-ci illərdə buranı ziyarət edib. 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Birinci vitse-prezident Mehriban Əliyevaya məsciddə müqəddəs Qurani-Kərim hədiyyə olunub.

Mehriban Əliyeva Bibiheybətdə
Mehriban Əliyeva Bibiheybətdə