Hərbçilərin döyüş hazırlığı yoxlanılır VİDEO

27 Avqust, 2019 13:27 | Siyasət | Baxış sayı: 26
Təlim-metodiki toplantı
Təlim-metodiki toplantı

Təlim-metodiki toplantılar başladı

Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib. Toplantı Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən keçirilir. Toplantı hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə baş tutub. 

Hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.

Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.