Hərbçilər Bakıya yığışmağa başlayır

27 Avqust, 2019 10:36 | Siyasət | Baxış sayı: 84
Bayraqlar
Bayraqlar

Kompüter dəstəkli komanda-qərargah təlimi keçiriləcək

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi başlayır. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim sentyabrın 2-dən başlayacaq. 

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi bölmələri və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.

Təlim sentyabrın 6-dək davam edəcək.