Ərdoğan Putinlə görüşə gedir

27 Avqust, 2019 09:20 | Siyasət | Baxış sayı: 38
R.T.Ərdoğan və V.Putin
R.T.Ərdoğan və V.Putin

Bir günlük səfər bu gün başlayır

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya növbəti səfəri baş tutacaq. Səfər bir gün davam edəcək. Ərdoğan Moskva səfəri çərcivəsində rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək. 

Türkiyə lideri dünyanın ən qabaqcıl tədbirlərindən biri olan "MAKS-2019" Beynəlxalq Hava və Kosmik sərgisinin açılışnda da iştirak edəcək. 

İkitərəfli görüşlər zamanı Rusiya ilə Türkiyə arasındakı münasibətlərlə yanaşı, regional və daha qlobal məsələlər də müzakirə ediləcək. Əsas müzakirə mövzusunun isə Suriyanın İdlib şəhərindəki vəziyyət olacağı gözlənilir.