Makrondan ABŞ-ı hiddətləndirəcək açıqlama

27 Avqust, 2018 15:30 | Siyasət | Baxış sayı: 155
Makron
Makron

"Rusiya və Türkiyə kimi derjavalar kollektiv təhlükəsizlik üçün vacibdir"

"Avropa Birliyinin müdafiəsi ABŞ-a bağlı olmamlıdır". İstiPress-in məlumatına görə, bunu Fransa prezidenti Emanuel Makron deyib. Parisdə fransalı səfirlərlə görüşündə o, qeyd edib ki, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı məsələlərin müzakirəsi Rusiyanaın da iştirakı ilə aparılmalıdır.

"Bu gün biz Avropanın təhlükəsizliyi və suverenliyi üçün özümüz məsuliyyət daşımalı, zəmanət verməliyik". 

Fransa prezidenti Avropanın Rusiya və Türkiyə ilə strateji əməkdaşlıq qurmasının vacib olduğunu deyib. O, adıçəkilən dövlətlərlə münasibətlər barədə düşünmədən Avropanın uzunmüddətli perespektivini qura bilməyəcəklərini deyib. 

Dövlət başçısı deyib ki, bu iki derjava kollektiv təhlükəsizlik üçün vacibdir və onları Avropaya birləşdirmək lazımdır. "Çünki bu xalqaların Avropa ilə ortaq tarixi var. Biz gələcəyimizi birlikdə qurmalıyıq".

Xatırladaq ki, iyun ayında ABŞ prezidenti NATO-nun sammtində çıxışı zamanı üzv dövlətləri ölkəsini alyansdan ayrıla biləcəyi ilə hədələmişdi. O, mütəffiq ölkələrin müdafiə xərclərini artırmasını tələb edirdi. Donald Tramp bu posta təyin edildiyi ilk gündən xərclərin artırılmasını tələb edir. O, ölkəsinin NATO-ya ən çox qaynaq ayıran dövlət olduğunu və bunun ədalətli olmadığını bildirib. Tramp ABŞ-ın Avropanı qoruduğunu da qeyd edib.

O, hətta Almaniyanı xərcləri artırmadığı üçün tənqid etmiş, Rusiya ilə təbii qaz sazişi imzaladığı üçün bu ölkəni "Rusiyanın əsiri" adlandırmışdı.