BMT-dən soyqırımı açıqlaması

27 Avqust, 2018 13:58 | Siyasət | Baxış sayı: 81
Arakandan qaçan müsəlmanlar
Arakandan qaçan müsəlmanlar

Müsəlmanları qanına qəltan edən Myanmanın hərbi rəhbərliyi mühakimə olunmalıdır

BMT-nin Myanmadakı beynəlxalq araşdırma missiyası müsəlmanlara qarşı törədilən soyqırıma görə ölkənin hərbi rəhbərliyini mühakimə etməyə çağırıb. Qurum ölkənin baş qərargah rəhbəri Min Aung Hlaing və bir çox yüksək rütbəli generalın müsəlmanlara qarşı soyqırımı törətdiyini bildirib. Soyqırım cinayəti işləyən generalların beynəlxalq hüquqa uyağun olaraq məhkəmə qarşısına çıxarılması gərəkdiyi qeyd edilib. 

BMT-nin İnsan Haqları Komissiyasının ötən ilin mart ayında yaratdığı missiya 18 aya yaxın davam edən işdən sonra ələd etdiyi məlumatlara əsasən hesabat hazırlayıb. 

Hesabatda belə deyilir: "Hərbi öhdəliklər əsla cinayətlər işlənməsi, qadınlara kütləvə sürətdə təcavüz etmə, uşaqlara hücumu, kəndlərin tamamilə yandıırlmasını haqlı çıxarmayacaq". 

Müvafiq sənəd sentyabrın 18-də Cenevrədə keçiriləcək BMT İnsan Haqları Komissiyasının növbəti sessiyası zamanı rəsmi olaraq təqdim ediləcək.

Xatırladaq ki, ötən ilin avqust ayında Myanmada müsəlmanlara hücum başlayıb. Myanma ordusunun Arakana hücumları nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilib, onlarla kənd yandırılıb. On minlərlə müsəlman Arakandan qaçmağa məcbur olub.