ABŞ-dan Rusiyaya yeni zərbə

27 Avqust, 2018 09:31 | Siyasət | Baxış sayı: 81
ABŞ bayrağı
ABŞ bayrağı

Bu gündən yeni saksiyalara qüvvəyə minir

Azmerika Birləşmiş Ştatların Rusiyaya qarşı qüvvəyə minib. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə,  bu dəfəki sanksiyalar Britaniya Solsberisi insidenti ilə bağlıdır. Sanaksiyalar gecə saat 00:00-dan qüvvəyə minib. 

Dövlət Depatrtamentinin məlumatında qeyd edilir ki, Rusiya Federasiyası kimyəvi silahdan istifadə edib və bununla da öz vətəndaşlarının beynəlxalq hüququnu pozub. 

Sanaksiyalara görə, Rusiyaya Amerikadan təcili humanitar, qida yardımı istisna olmaqla bütün istənilən yardım dayandırılmalıdır.

Rusiya prezidenti Vladimir Putin isə istənilən yeni sanksiyanı mənasız adlandırıb. O, ABŞ-ın bu siyasətinin uğursuzluğunu dərk edəcəyinə ümid etdiyini bildirib. Onda isə Moskva və vaşainqton normal reejimdə əməkdaşlıq qura biləcək.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniya baş naziri Tereza Mey martın 12-də Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib.