Keçmiş deputat Araz Əlizadə koronavirusa yoluxub – Xəstəxanaya aparıldı

27 İyul, 2020 17:53 | Siyasət | Baxış sayı: 67
Araz Əlizadə
Araz Əlizadə

Keçmiş deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə koronavirusa yoluxub.

İstiPress-in məlumatına görə, A.Əlizadə “Yeni klinika”ya yerləşdirilib.

Onun həyat yoldaşı da COVID-19-a yoluxub.

Keçmiş deputatın köməkçisi olmuş Günel Babayeva APA-ya açıqlamasında faktı təsdiqləyib. G. Babayeva bildirib ki, A. Əlizadənin vəziyyəti stabildir, müalicəsi “Yeni klinika”da davam etdirilir. A. Əlizadənin həyat yoldaşının vəziyyəti isə yaxşıdır, sabah evə buraxılması gözlənilir.