Ermənistan daha bir hərbçisinin Tovuzda öldüyünü etiraf etdi

27 İyul, 2020 10:58 | Siyasət | Baxış sayı: 122
Tovuzda məhv edilən erməni mövqesi
Tovuzda məhv edilən erməni mövqesi

Ermənistan Müdafiə Nazirliyi daha bir hərbçinin öldürüldüyü barədə məlumat yayıb.

İstiPress "Aysor"a  istinadən bildirir ki, məlumatda sərhəddə hərbi hissələrdən birinin döyüş mövqeyində Azərbaycan ordusunun atəşi nəticəsində müqavilə üzrə hərbi qulluqçu Aşot Mikayelyan ölümcül yara aldığı deyilir. Yəni söhbətin Tovuzdan getdiyi açıq-aydındır.