Tramp Rusiya ilə aranı pisləşdirəni tapdı

27 İyul, 2019 10:29 | Siyasət | Baxış sayı: 90
Donald Tramp
Donald Tramp

"Hər şeyə səbəb Müllerin araşdırması oldu"

"ABŞ-ın Rusiya ilə yola getməmək üçün səbəbi yoxdur. Moskva ilə əlaqələrin pisləşməsinə xüsusi prokuror Robert Müllerin araşdırması səbəb olub". Bunu ABŞ prezidenti Donald Tramp deyib. 

O, qeyd edib ki, bu hadisələri 2,5 il müşahidə ediblər. "Bu utancvericidir. Onlara bütün dünyada gülürlər. Təəssüf ki, bu bizim ölkə üçün çox pisdir.  Bu, həmçinin bizim başqa ölkələrlə, o cümlədən Rusiya  ilə münasibətlərimiz üçün də pisdir. Bizim başqa ölkələr, Rusiya ilə yola getməməyimiz üçün başqa səbəb yoxdur". 

Xatırladaq ki, Rusiya ABŞ-da Donald Trampın prezident seçilməsi ilə nəticələnən seçkiyə müdaxilədə ittiham edilir.