Keçmiş nazir müxalifətçi oğlundan imtina etdi

27 İyul, 2019 09:45 | Siyasət | Baxış sayı: 288
Sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev
Sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev

Buna səbə onun “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibə olub

Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib. Bu barədə o, şəxsi “Facebook” səhifəsində yazıb.

Məlumata görə, bu addımı atmağa Quliyevi Amerika Birləşmiş Ştatlarına köçmüş oğlu Mone Quliyevin müxalif “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibəsi vadar edib.

Quliyev bildirib ki, ailəsi Monedən imtina edir və onun siyasi fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Xatırladaq ki, 5 ildir ABŞ-da yaşan Murad Quliyev reper kimi özünü sınayıb. O, Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə duet oxuyub. Quliyev Kazımova ilə birgə "Tənha qadın" mahnısını ifa edib.