Ərdoğanın oğlu Nuru Paşanın ev muzeyində

27 İyul, 2019 14:43 | Siyasət | Baxış sayı: 61
Nuru Paşanın ev muzeyi
Nuru Paşanın ev muzeyi

Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib. Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.

Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.

Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.