Erməni snayperlər cəbhədə yenə təxribata əl atdı

27 İyul, 2019 13:24 | Siyasət | Baxış sayı: 200
Atəşə tutulan "KamAZ"
Atəşə tutulan "KamAZ"

Snayperlər döyüş mövqelərimizdən arxadakı “Ka­mAZ”ı atəşə tutublar

"Təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib". Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

DSX-dan verilən məlumata görə, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan “Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub. Açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub. 

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.