Dünya belə diplomat görməyib - İsrail səfiri başayaq dayandı FOTO

27 İyul, 2019 15:30 | Siyasət | Baxış sayı: 159
İsrail səfiri
İsrail səfiri

Səfir prezidentin qəbuluna maraqlı formada gedib

İsrail səfiri maraqlı hərəkəti ilə gündəmə gəlib. Buna səbəb isə onun akrobatik şousu olub. Şimali Makedoniyanın dövlət başçısı 
Stevo Pendarovski "Facebook" səhifəsində səfir Dan Oryanın bacarığını əks etdirən foto paylaşıb. 

Səfir mayın 6-da prezident seçilən Pendarovskini diplomatiya aləminin tanış olmadığı qeyri-adi üsulla ziyarət edib. 

Gimnast keçmişi olan Oryan tək əli üzərində başıaşağı dayanıb. Onun fotosunu paylaşan prezident isə fotonu belə şərh edib: 

"İsrail səfirinin başıaşağı dayandığı bu foto həm ilham qaynağı, həm də idmanın nə qədər önəmli, bəzən isə güldürə biləcəyinin bir sübutu ola bilər".