Merkel ABŞ-ın bundan sonrakı dünya liderliyinə şübhə edir

27 İyun, 2020 13:24 | Siyasət | Baxış sayı: 82
Merkel
Merkel

Avropa ölkələri ABŞ-ın dünya lideri rolunu oynamağa cəhd etmədiyi planetdə özlərinin rolları haqqında düşünməlidirlər.

İstiPress-in məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.

Kansler Avropa ölkələrinin hərbi vəziyyət də daxil olmaqla yeni şərtlərə və çağırışlara ciddi hazırlaşmalı olduqlarını xüsusi vurğulayıb: “Biz ABŞ-ın dünya gücü olmaq istədiyi ilə bağlı biliklərlə böyümüşük. Əgər ABŞ öz istəyi ilə bu rolu icra etməkdən imtina edirsə, biz gərək bunun haqqında ciddi düşünək”.

Bu baxımdan, Merkel, NATO-nun Avropa ölkələrini qorumaq üçün Almaniyanın hərbi imkanlarını inkişaf etdirəcəyinə söz verib.