İran üçtərəfli müharibəyə sürüklənir

27 İyun, 2019 16:26 | Siyasət | Baxış sayı: 1073
İran ordusu Fars körfəzində
İran ordusu Fars körfəzində

Əsas qərar on gündən sonra veriləcək

Tehranın iyulun 7-ə kimi Almaniya, Fransa və İtaliyaya qarşı qoyduğu ultimatumu bəzi ekspertlər  tərəfindən həm İranın, həm də Avropanın ABŞ tərəfindən tələyə salınması kimi dəyərləndirilir.

İstiPress-in məlumatına görə, İran iyulun 7-ə kimi Avropa ölkələri tərəfindən qarşılıqlı ödəniş öhdəliklərinin gersəkləşdirilməsinə imkan verəcək “Instex” xarici ticarət hesablaşmaları mexnazminin işə düşməsini tələb edir, əks halda 2015-ci ildə qərb ölkələri ilə bağladıqları nüvə sazişindən çıxacaqlarını bildirir.

İranın Buşehr şəhərində atom reaktoru
İranın Buşehr şəhərində atom reaktoru

Həmin sazişdə İran uranı 3,67 faizdən yuxarı zənginləşdirməməyə söz verib. Yəni İran sazişdən çıxarsa, yenidən nüvə silahına sahib olmaq istiqamətində fəaliyyəti ni davam edəəck ki, uranın lazım olan səviyyədə zənginləşdirilməsi də məhz bunun üçün vacibdir.

Təbii ki, bu, Avropa  ölkələrini və İsraili narahat edir. Hər halda, İranın nüvə silahına malik olması bu ölkələr üçün heç də xoş heç nə vəd etmir. Artıq İran İsrail üçün daha təhlükəli düşmənə çevrilə bilər.

Avropanı həm də məsələnin iqtisadi tərəfləri narahat edir. Hər halda, dünyada qaz ehtiyatlarına görə liderlər sırasında olan İran Avropa üçün Rusiyaya alternativ çəkilən Cənub Qaz Dəhlizinin potensial mənbələrindən sayılır. Həmçinin İran bazarında işləyən çox sayda Avropa şirkətləri var ki, onlar İranı tərk edəndə həm işsizlik problemi yaranacaq, həm də Avropa büdcələri vergi itirəcək.

Amma Rusiyanın “Regnum" portalının şərhçisi Stanislav Tarasov düşünür ki, istənilən halda, bu,  ABŞ-ı İrana qarşı sərt addımlar atmaqdan çəkindirməyəcək: “Vaşinqton başa düşhür ki, İranın nüvə sazişindən çıxması heç də sabah onlarda nüvə silahının yaranması demək deyil”. 

Təbii ki, Vaşinqton İranla açıq müharibəyə getməyəcək, amma Tramp ABŞ-ın istədiyi kimi danışıqlarla razılaşmayan İrana qarşı mübarizədə müəyyən mənəvi qələbələr əldə etməlidir ki, bu məhz Avropa ölkələrinin ona dəstək verməsi nəticəsində mümkündür. Nəticədə, Avropa ölkələri müəyyən istəmədyi addımlara sürüklənəcək.

Hər halda Avropa ölkələri ABŞ-ın strateji tərəfdaşıdırlar və onlar istər-istəməz bu məsələdə Vaşinqtonun yanında yer alacaqlar. Bu münasibət Böyük Britaniya xarici işlər naziri Ceremi Hant tərəfindən belə iaəd edilib: “ABŞ bizim ən yaxın müttəiqimizdir. Biz onunla daima dialoqdayıq, biz onun istənilən xahişini diqqətlə nəzərdən keçiririk”.

Bu o deməkdir ki, İranın iyulun 7-ə kimi almaq istədyi cavablar “ABŞ-ın xahişləri” çərçivəsində veriləcək. Yəni hər şey iyulun 7-də verilən cavabdan asılı olacaq. Gözləyək.