Sement kisəsinə doldurulmuş narkotik ələ keçirildi

27 İyun, 2018 18:22 | Siyasət | Baxış sayı: 106
Dövriyyədən külli miqdarda narkotik maddə çıxarılıb
Dövriyyədən külli miqdarda narkotik maddə çıxarılıb

Şabran rayon sakini Ramin Ramazanovun kirayədə qaldığı evdə gizli şəkildə narkotik tərkibli maddə saxladığı məlum olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayon polis şöbəsi əməliyyatçıları onun Ağalıq kəndində kirayədə qaldığı evdə axtarış apararkən 53 qram qurudulmuş marixuananın bir qismini evdəki kreslonun alt hissəsində, bir hissəsini sellafon torbalarda, bir qismini isə sement kisəsində saxladığı məlum olub. Saxlanılan Ramin Ramazanov narkotik maddəni Daşlıyataq adlanan ərazidən qanunsuz yolla əldə etdiyini deyib.

İstintaq araşdırmaları davam etdirilir.