Prezident Naxçıvan əməliyyatından danışdı - kəşfiyyat işləri aparıldı...

27 İyun, 2018 09:50 | Siyasət | Baxış sayı: 213
Hərbi parad-2018
Hərbi parad-2018

"Düşmənin bütün hərbi obyektləri Ordumuz tərəfindən məhv edilə bilər"

"Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi".

İstiPress-in məlumatına görə, bunu ğtən gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradda prezident İlham Əliyev deyib. 

Ali Baş Komandan Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan strateji yüksəklikləri nəzarətə götürüb. "Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin.

Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər".

Prezident İlham Əliyev
Prezident İlham Əliyev