Paradda iştirak edən xarici məmurlara medal verildi

27 İyun, 2018 11:00 | Siyasət | Baxış sayı: 49
Rəsmi mərasim
Rəsmi mərasim

Silahlı Qüvvələr Günü münasibəti ilə təntənəli mərasim keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə “Gülüstan” sarayında təntənəli mərasim keçirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikadakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov nitq ilə çıxış edib.

Sonra bayram münasibətilə Hərbi Paradda iştirak edən xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmələri haqqında Müdafiə nazirinin əmri oxunub.

Tədbir xalq mahnıları, Azərbaycan və xarici bəstəkarların əsərlərinin ifa olunduğu geniş bayram konserti ilə yekunlaşıb.