Kremlin Qarabağı qaytarmaq üçün qoyduğu 3 şərt

27 İyun, 2018 15:46 | Siyasət | Baxış sayı: 2367
Vladimir Putin -  Rusiya prezidenti
Vladimir Putin - Rusiya prezidenti

"Putin Azərbaycana doğru addım atmalıdır"

Kremlin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret 3 şərti var. 

İstiPress-in məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu "Facebook"da yazdığı statusunda bildirb.

Politoloq həmin şərtləri sadalayıb: "Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir".

Elxan Şahinoğlunun fikrincə, Azərbaycanın Kremlin şərtlərinə razılaşması risklidir: "Bakı Kremlin şərtlərini qəbul edərsə, bu, həm Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin sonu olacaq və Bakının Qərblə münasibətlərində suallar yaranacaq. Digər tərəfdən, əgər bəzilərinin zənn etdiyi kimi Putinin Azərbaycana simpatiyası varsa, Rusiya prezidenti Azərbaycana doğru addım atmalıdır. Bu isə müşahidə olunmur. Pozitiv siqnallar yoxdur".

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli

Politoloqun sözlərinə görə, əslində Azərbaycanın Rusiyanın köməyinə ehtiyacı yoxdur: "Əsas odur ki, Rusiya Azərbaycana mane olmasın. 2016-cı ilin aprel ayında Rusiya Azərbaycana mane oldu. Nəticədə Azərbaycan ordusu cəmi 4 gün müharibə apardı və torpaqların az hissəsini geri qaytardı".