İrəvan meri qaçdı

27 İyun, 2018 12:33 | Siyasət | Baxış sayı: 102
Taron Marqaryan jurnalistlərə müsahibə verir
Taron Marqaryan jurnalistlərə müsahibə verir

İstefa ərizsəi yazan mer işə də çıxmır

İrəvan meri təzyiqlərə dözmədi. Şəhər administrasiyasının rəhbəri Taron Marqaryan istefa ərizəsi yazıb. 

Məlumata görə, o artıq bir neçə gündür ki, işə çıxmır. Yerli mətbuatın yazdığına görə, administrasiyada qeyri-müəyyən vəziyyət yaranıb: məmurlar nə edəcəklərini bilmirlər.

Nəşr həmçinin bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Marqaryanı paytaxt meri postunda saxlamağı planlaşdırmır.

Xatırladaq ki, bu ilin mayında nümayişçilər İrəvan meriyasına girərək Marqaryanın istefasını tələb etmişdilər.