Ermənistanda Rusiya düşmənçiliyi

27 İyun, 2018 12:28 | Siyasət | Baxış sayı: 234
İrəvanda yolu kəsən etirazçılar
İrəvanda yolu kəsən etirazçılar

Ruslara verilən şirkətlər geri alınır

Ermənistanda ancaq daxili düşməni olan korrupsiya ilə yox, həm də Rusiya şirkətləri ilə mübarizə başlayıb. Bu ay ölkə rəhbərliyi Ermənistandakı QSC-lərdən birinin idarəsini geri qaytarmağa qərar verib. Ötən il "Taşir" qrupun idarəsi Rusiyadan olan erməni əsilli milyarder Samvel Karapetyana verilmişdi.

Əslində bu gözlənilən idi. Çünki Nikol Paşinyan Moskva ilə əlaqələri kəskin tənqid etmişdi.

Qeyd edək ki, Ermənistanda bütün strateji obyektlər ya Rusiyaya məxsusdur, ya da rus şirkətləri tərəfindən idarə edilirlər. İndi Moskva ya bu dəyişikliklə barışmalı, ya da yeni hakimiyyət ilə razılaşmalıdır.

Paşinyanın rəhbərlik etdiyi “demokratik” hakimiyyət isə bacardıqca hər şeyi öz əlinə almağa çalışır. Bunun üçün də rəhbərlərinin keçmiş prezident Serj Sarkisyanla əlaqəsi olduğu güman edilən biznes sahiblərinə  hücum başlayıb. Bununla da keçmiş kriminal fiqurantlara qarşı iş bağlanır. Onlardan bəzi isə yeni hökumətin dəhlizlərində görünməyə başlayır.

Yerli KİV müntəzəm olaraq rəsmi olaraq mifik cinayətlərin açılması barədə təsdiqlənməyən informasiya yayır. Məsələn, bəzi dövlət məmurlarından 200 kq qızılın tapılması kimi. Polis və istintaq orqanları bu gün yorulmadan çalışır. Paşinyanın əsas məqsədi birdəfəlik keçmiş hakim partiyanı məhv etmək, onu siyasi arenadan tamamilə çıxarmaqdır. Demokratik rəhbərliyin növbədənkənar parlament seçkisi ərəfəsində apardığı təmizlmə işləri ancaq xalqa verilən sözə vəd deyil, həm də respublikaçıları parlamentdən tamamilə çıxarmağa hesablanıb.

Bu əhalinin yoxsullaşaması fonunda onlar üçün reytinqdir. Xalq, onun sosial problemlərinin həlli üçün demək olar ki heç nə edilməyib.

İşğal edilən Dağlıq Qarabağ da da vəziyyət ürəkaçan deyil. Mitinqlər, aksiyalar bir-birini əvəz edir. Bəziləri “prezident”in, başqaları separatçı rejimin parlament spikerinin istefasını tələb edir.

Bütün bunlar İrəvan tərəfindən idarə edilir. Çünki bu regiondakı bütün hakimiyyət başkəsən Sakisyan tərəfindən nəzarət saxlanılıb. Yerli ekspertlər hesab edirlər ki, Qarabağdakı vəziyyət İrəvan üçün  çox ciddi nəticələrə gətirib çıxara bilər. Ermənistanın tamamilə asılı olduğu Rusiya isə hələlik susur. Amma hələlik... Əgər Moskva danışmağa başlasa, İrəvan üçün çox pis olacaq.