Ermənistanda korrupsiya şousu yoxsa həqiqət...

27 İyun, 2018 09:33 | Siyasət | Baxış sayı: 87
Ermənistanda vəziyyət
Ermənistanda vəziyyət

"Qəhrəmanlar" həbsdə

Ermənistanda baş verənləri obyektiv izah etmək çətindir. Yerli politoloq Yervand Bodoyan hesab edir ki, korrupsiya ifşası adlanan proqramda şou elementləri var. Belə ki, ölkənin yeni rəhbərliyi öz reytinqini qaldırmaq istəyir. Digər tərəfdən isə bu yolla guya ölkədəki mənfi hallarla mübarizəyə dair verdikləri sözü yerinə yetirirlər.

Onun sözlərinə görə, bu gün erməni xalqı şokdadır. İnsanlar hələ bir müddət öncə ölkənin əsas qəhrəmanları hesab edilən şəxslərin saxlanmasının şokunu yaşayırlar. Onlar baş verənləriun mətiqi izahını anlamayıblar. Xalqı maraqlandıran əsas məsələ başqadır – iqtisadiyyat nə zaman düzələcək?

Ekspert hesab edir ki, zamanla ictimaiyyət artıq hökumətdən xahiş etməyəcək. Onlar tələb edəcək və hökumət qarşısında məhz sosial problemlərlə bağlı şərtləq qoyacaq. Şou vaxtı artıq keçir.