Azərbaycanlılar erməniləri darmadağın etdi

27 İyun, 2018 09:59 | Siyasət | Baxış sayı: 260
“Anti-armenia Team”
“Anti-armenia Team”

Hakerlər ermənilərin elektron sənəd dövriyyəsi sistemini çökdürüb

Azərbaycanlı hakerlər qrupu -  “Anti-armenia Team”in hakerləri tərəfindən Ermənistana geniş miqyaslı kiber hücumlar həyata keçirilib. Qrupdan İstiPress-ə verilən məlumata görə, "Ferid23” kod adlı hakerin başçılığı ilə Ermənistan parlamentinin, həmçinin bütün nazirliklərin, dövlət təşkilatlarına məxsus olan elektron sənəd dövriyyəsi sistemi dağıdılıb. 

Dağıdılan saytlarda “Ali Baş Komandanım, generalım, zabitim, əsgərim, müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın mübarək! 100 illik şərəf yolun, müqəddəs yolun mübarək!” sözləri, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin çıxışlarının yer aldığı video və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilib.

Hücumun üzərindən bir neçə saat vaxt keçsə də ermənilər hələ də dağıdılan saytları bərpa edə biulməyiblər.