Azərbaycanlı nazir müavini İrəvanda sədrliyi təhvil aldı

27 İyun, 2018 13:40 | Siyasət | Baxış sayı: 146
Mahmud Məmmədquliyev İrəvanda
Mahmud Məmmədquliyev İrəvanda

Mahmud Məmmədquliyev QDİƏT toplantısına qatılıb

Ermənistan paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin görüşü olub. İstiPress-in məlumatına görə, Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir. 

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik rotasiya qaydasında Ermənistandan Azərbaycana keçib.

Azərbaycan QDİƏT-ə 2018-ci ilin iyul ayından dekabr ayına kimi sədrlik edəcək.