Prezident İlham Əliyev xüsusi sərəncam verdi
Azərbaycanda hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq teleradio məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) teleradio yayımının xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək.
İstiPress-in məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla qüvvəyə minən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunda əksini tapıb.
“Televiziya və radio yayımı haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, indiyə qədər teleradio yayımı sahəsində senzura yolverilməz olub. Qanunun bu maddəsinə də müvafiq dəyişiklik edilib, istisna hallar qeyd olunub.
Ermənistan Levon Ter-Petrosyanın yeni tövsiyyəsini müzakirə edir
Hadisə günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində baş verib
Əgər bu gün ANS-in açılıb-açılmaması ilə bağlı referendum keçirilərsə...
"Bizim orada nə qədər dostlarımız, tanınmış musiqiçilər var!"
Cəmi 150 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə keçirilir