ABŞ dövlət katibinin adamı Bakıya gəlir

27 İyun, 2018 09:15 | Siyasət | Baxış sayı: 40
Elis Uels
Elis Uels

Elis Uels Əfqanıstanla bağlı toplantıya qatılacaq

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels bu gün Azərbaycana gələcək. Elis Uels iyunun 28-də Bakıda keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısnda iştirak edəcək.

Səfər iki gün davam edəcək. 

Bakıya səfər çərçivəsində ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Xatırladaq ki, sabah Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-a yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.