Erməni general Ermənistandan təslim olmağı tələb edir

27 May, 2020 14:27 | Siyasət | Baxış sayı: 1385
Vladimir Qasparyan narıncı inqilab günlərində
Vladimir Qasparyan narıncı inqilab günlərində

Paşinyanın xanımı Qərbə qaçış üçün vəsait toplayır

Erməni hərbçi, hərbi polisin keçmiş şefi, general-polkovnik Vladimir Qasparyan  erməni xalqının son 800 illik tarixini diletantlıq və səriştəsizlik tarixi adlandırıb.

İstiPress-in “tert.am”a istinadən məlumatına görə, Vladimir Qasparyan yaydığı bəyanatında bildirir ki, erməni xalqının bu illər ərzində nümayiş etdirdiyi eqozm onu iki dəfə soyqırıma aparıb.

“Biz özümüzü elə aparırıq ki, sanki sayca Çin qədərik, ərazicə Rusiya boydayıq, iqtisadiyyatımız Amerikanınkı kimi güclüdür və geosiyasi cəhətdən İsveçrə kimi əlverişli mövqedəyik. Bu, özündən müştəbehlik üzündən biz daima itkilər veririk”,- deyə Qasparyan vurğulayıb.

İlk baxışdan elə görünər ki, Tallində anadan olmuş və erməni mühitindən kənarda təhsil almıq bu erməni hərbçi ermənilərə konstruktivlik göstərib işğal etdikləri Azərbaycan torpaqlarından çıxmağı tövsiyyə edir. Qətiyyən belə deyil, əksinə, sonrakı cümlələrindən aydın olur ki, o, ermənilərə müstəqillik xülayalarından uzaq duraraq Rusiyadan möhkəm yapışmağı təklif edir. Onun fikrincə, koronavirus ölkənin zəif cəhətlərini ortaya çıxardı və ölkə üçüncü dəfə fəlakətlə üz-üzə qalıb: “Bizə o, hakimiyyətin ideoloji və idarəetmə fiaskosunu…, inkişafın sıfra düşməsini, keçən 30 ildə toplanmış siyasi, iqtisadi, mənəvi resursların boşa xərclənməsini…, təbii müttəfiqdən imtinanı, ənənəvi düşmənlə  oynamağı… göstərir”.

Rusiyada yetişmiş general təbii müttəfiq dedikdə Rusiyanı, ənənəvi düşmən dedikdə isə Qərbi nəzərdə tutur. Siyasi analitiklərin fikrincə, narıncı inqilab günlərində Ermənistan polisinə rəhbərlik etmiş, faktiki olaraq, Sarkisyanı istefaya göndərmiş və Paşiyanı hakimiyyətə gətirmiş Vladimir Qasparyan artıq Kremlin sifarişi ilə növbəti addıma başlayıb. Bu, Paşiyanı Rusiya ilə ittifaq müqaviləsi bağlamağa məcbur etmək addımıdır. Deyilənə görə, Rusiyanın Ermənistana və Belarusa qaz qiymətlərini aşağı salmamaqda təkid göstərməsi də bununla bağlıdır. 

Diaspora tez-tez səfər edən Anna Akopyan artıq oliqarx qadın statusu alıb
Diaspora tez-tez səfər edən Anna Akopyan artıq oliqarx qadın statusu alıb

Əslində, yeni yaranmış ittifaqda Ermənistanın statusu Ukraynanın SSRİ-dəki durumu kimi olacaq, sovet vaxtı Ukrayna hətta Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü idi və onun bu müstəqilliyi sadəcə kağız üstündə idi. Yəni Ermənistanın da BMT üzvlüyü qalacaq və ermənilər müstəqilliyi itirdiklərini açıq hiss etməyəcəklər. Amma maliyyə, hərbi və diplomatiya sahələri tamamliə Moskvadan asılı olacaq, Ermənistan liderləri də Kremlin xeyir-duası ilə hakimiyyətə gətiriləcək.

Deyilənə görə, Paşiyan da artıq yenilgi ilə razılaşıb. Erməni jurnalist Mamikon Babayanın “Vestnik Kavkaza” portalında yazdığı məqalədə deyilir ki, Paşiyanın xanımı Anna Akopyan yaradğı fondla hətta biznes sahələrinə müdaxilə edərək, böyük pullar qazanır. Akopyanın hətta çirkli pulların yuyulmasına rəhbərlik etdiyi bildirilir. Bu yaxınlarda bununla bağlı ünvanlanmış suallara Nikol Paşinyan cavab verməyib. Yəqin ki, Paşinyan hakimiyyətdən getdikdən sonra Qərbə köçərək ənənvi korrupsioner-demokrat həyatı yaşayacaqlar. Böyük pullar Qərbdə onların daha alovlu mübarizəsi üçün lazım olacaq.