Çuvaş lider Putini məhkəməyə verdi

27 May, 2020 16:31 | Siyasət | Baxış sayı: 122

Putinin əmri ilə etibarını itirmiş adam kimi işdən çıxarılıb

Rusiyanın Çuvaşiya Respublikasının keçmiş rəhbəri Mixail İqnatyev Ali Məhkəmədə Rusiya prezidenti Vladimir Putinə qarşı iddia qaldırıb.

İstiPress-in məlumatına görə, İqnatyev Rusiya Federasiyası Prezidentinin 01.29.2020-ci il tarixli 68 nömrəli “Çuvaş Respublikası Başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında” Fərmanına etiraz etməyi planlaşdırır.

Müvafiq ifadə məhkəmə orqanının saytında çıxıb.

Mixail İqnatyev 29 yanvar 2020-ci il tarixdə Rusiya prezidenti Vladimir Putinin əmri ilə etibarını itirmiş adam kimi işdən çıxarılıb.