Heydər Əliyev məzun oldu

27 May, 2018 09:27 | Siyasət | Baxış sayı: 344
Heydər Əliyev məzun oldu
Heydər Əliyev məzun oldu

Tədbirdə İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı “ADA” Universitetindən məzun olub.

IstiPress-in məlumatına görə, “ADA”dan məzun olanlar üçün tədbir keçirilib.

Tədbirdə H.Əliyevin valideynləri - Prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib. Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb. İ.Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

Bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq “ADA” Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

Sosial şəbəkələrdə prezidentin tədbirdə iştirakının və tələbələr qarşısında çıxışını əks etdirən görüntülər yayılıb. Onlardan bir neçəsini təqdim edirik: