Azərbaycan üçün uğurlu İrəvan müharibəsi

27 May, 2018 18:51 | Siyasət | Baxış sayı: 1317
Nikol Paşinyanı çətin günlər gözləyir
Nikol Paşinyanı çətin günlər gözləyir

Serj Sarkisyanın proqnozları çin çıxmağa başlayır

Serj Sarkisyanın parlamentdə çoxluq təşkil edən Respublika Partiyasının (RP) lideri olaraq qalması Azərbaycan üçün əlverişli məqamlar yarada bilər.

İstiPress-ə bu barədə müsahibəsində Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

Erməninstanın keçmiş hakim partiyası RP hamının gözlədiyindən möhkəm çıxdı və Nikol Paşinyanın qələbəsindən sonra dğılmadı. Halbuki, iyirmi il qabaq lideri Levon Ter-Petrosyan prezidentlikdən istefa verən Erməni Ümumimilli Hərəkatı sürətlə dağılmışdı. 

Sarkisyan və Paşinyan
Sarkisyan və Paşinyan

Buna görə də Ermənistanda çoxları ehtimal edir ki, Serj Sarkisyan partiyanın lideri kimi qalaraq müəyyən müddətdən sonra Nikol Paşinyanın hökuməti üçün problemlər yaratmağa başlayacaq.  Qabil Hüseynli də belə düşünür:

“Yəqin ki, bir az keçəcək və Paşiyan iqtisadi problemlərlə üzləşəcək. Serc Sarkisyan bunu proqnozlaşdırıb və həmin məqamı gözləyir. Hələ ki, Paşiyanın təyinatlarına elə ciddi maneçilik göstərmir. Amma özən gəldikdən sonra yeni parlament seçkiləri və s. kimi məsələlərdə Paşinyana problem yaradacaq”.

Politoloqun fikrincə, bir neçə kadrı vurulsa da, Qarabağ klanı hələ də hakimiyyətdə güclüdür: “Qarabağ məsələsi ilə bağlı əsas kadrlar klana məxsus kadrlardır. Yəni Ermənistan üçün əsas problem sayılan məsələdə rıçaqlar Sarkisyanın əlindədir”.

Əslində, Sarkisyan xalq arasında Paşinyanı nüfuz-dan salmaq üçün elə Qarabağ məsələsindən istifadə edir. Məsələn, klana yaxın politoloq Ara Papyan bu günlərdə Paşiyanın işğal rejimini danışıqlara dəvət etməsini sərt tənqid edib. Onun sözlərinə görə, Qarabağın erməni icması danışıqlarda iştirak edərsə, azərbaycanlı icması da iştirak etməlidir, bu isə Ermənistanın vəziyyətini indikindən qat-qat pisləşdirər: “Ermənistan iddia eləsə ki, münaqişə tərəfi deyil, bu, kələkbazlıq sayılacaq”.

Qabil Hüseynlinin fikrincə, Ermənistanın başında möhkəmlənmiş hansısa qüvvə - istər qarabağlılar, istər onlara düşmən qruplaşma, istərsə də tamamilə üçüncü qüvvə olsun, Azərbaycan üçün əlverişsizdir, çünki istənilən erməni qüvvəsi Qarabağ məsələsində ifrat millətçilik mövqeyi göstərəcək:

“Serj Sarkisyan revanş edə bilməz, hakimiyyətə gələ biləcək üçüncü qüvvə də yetişməyib. Bizə lazımdır ki, onlarda Paşinyan hakimiyyətinə Serj Sarkisyan ciddi maneçilik törətsin, iqtisadi vəziyyətləri pisləşsin, xaos və miqrasiya artsın”.