İsrail Suriya paytaxtına raket zərbəsi endirdi

27 Aprel, 2020 12:57 | Siyasət | Baxış sayı: 92
"Dəmir gümbəz" - İsrailin əsas silahı
"Dəmir gümbəz" - İsrailin əsas silahı

Raketlərin bəziləri hava müdafiə sistemləri tərəfindən məhv edilib

İsrail Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib.

İstiPress-in məlumatına görə, bu barədə Suriyanın rəsmi SANA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, Dəməşqə atılan raketlərin bəziləri hava müdafiə sistemləri tərəfindən məhv edilib.

Hücumun əsasən Dəməşq yaxınlığındakı Sahnaya və Əl-Kivsa bölgələrinə edildiyi vurğulanıb.

Bir neçə nəfər xəsarət alıb, onların əsasən qəlpə yaraları aldığı bildirilir.