Sarkisyan qaçdı - Qarabağ tunelində işıq ucu

27 Aprel, 2018 12:17 | Siyasət | Baxış sayı: 545
İrəvan
İrəvan

Ermənistanın qara günləri başlayır?

Ermənistandakı hadisələr göstərdi ki, Serj Sarkisyan Qarabağ müharibəsinin ən qəddar cəlladlarından biri səriştəsiz dövlət başçısı olub. İş ancaq onun Ermənistanada korrupsiyanı çiçəkləndirməsində yox, həm də ölkəni siyasi böhrana aparıb çıxarmasındadır. Sarkisyan uzun illər hakimiyyəti ələ keçirmək uğrunda mübarizə apardı.  Məhz bu kreslo sevgisi onu aydın və obyektiv düşünmək qabiliyyətindən məhrum edib. Amma qəribəsi odur ki, hətta Moskva belə onu bu addımından çəkindirə bilmədi. Görünür elə Rusiyaya da İrəvanda onları dinləyən adamın olması sərf edib.

Hələ bir neçə gün qabaq Sarkisyana səs verən deputatlar batan gəmidən can qurtarmağa çalışır. Sarukyan, sonra daşnaqlar birdən xalqın yanında olduqlarını elan edib, hakim partiya ilə əlaqələrini kəsməyə başlayıblar.  

Nikol Paşinyan isə artıq erməni hökumətinin başçısı rolunda özünü görür. Konsitutsiya, demokratiya bəs? Onu dəstəkləyən kütlə hesab edir ki, ona baş nazir olmağa mane olan amillərdən uzaqlaşmaq lazımdır. Onlar düşünürlər ki, inqilab zamanı konsitutusiya ilə hesablaşmaq doğru deyil. Amma etirazçılar bir faktı unudurlar – inqilab öz rəhbərini məhv edir.

Bəzi ekspertlərin fikrincə, Ermənistanı gələcəkdə yaxşı heç nə gözləmir. Bizi isə Azərbaycanda bir problem maraqlandırır – Qarabağın və işğal altında olan rayonların azad edilməsi.

Erməni polistoloqlar Sarkisyanın bütün postlardan getməsindən sonra Qarabağ məsələsində təzyiqlərin artacağını gözləyirlər. Bu isə onların fikrincə, yaxın zamanda Qarabağ tunelinin sonunda işıq görmünməsinə ümid verir.