Paşinyanın şərti: "Ya mən, ya da..."

27 Aprel, 2018 09:43 | Siyasət | Baxış sayı: 261
Nikol Paşinyan
Nikol Paşinyan

Müxalifət lideri Karapetyanla görüşmək istəyir

"Ermənistanda mitinqlər davam edəcək". Bu barədə müxalif lider Nikol Paşinyanın mətbuat katibi Tiqran Avinyan radioaya müsahibəsində deyib. “Yürüş və etirazlar xalqın arasından yeni baş nazir seçilənə, Respublika partiyası hakimiyyətdən gedənə kimi davam edəcək”.

Bu arada müxalifət liderinin baş nazir vəzifələrini icra edən Karapetyanla yenidən görüşməyə razı olduğu da bəlli olub. Görüşün yeri  və vaxtı da bəllidir  -  bu gün saat 12:00-da İrəvandakı otellərdən biri. Lakin Paşinyanın bir şərti var – danışıqlar jurnalistlərin iştirakı ilə keçməlidir ki, ictimaiyyət nədən söhbət getdiyini bilsin. Paşinyan həmçinin qeyd edib ki, mitinqə çıxanlar onun baş nazir postuna namizədliyini irəli sürürlər. O, ümid edir ki, parlamentin bütün franksiyaları da xalqın qərarına hörmətlə yanaşacaq.

Qeyd edək ki, parlamentdə 4 siyasi partiya təmsil edilir. Ən çox deputat isə hakim partiyadandır  - 58 nəfər. Paşinyanın bloku cəmi 9 nəfərlə parlamentə daxil olub. Müxalifət liderinə baş nazir seçilmək üçün azı 58 səs toplamaq lazımdır.

İndi o nəinki 3 partiya, eləcə də bəzi hakim partiyadan dəstək alacağını gözləyir. “Ya mən olacam, ya heç kim...” deyə o tərəfdarlarına bildirib.