Paşinyan Moskvada Qarabağ qorxusu yaradıb

27 Aprel, 2018 19:28 | Siyasət | Baxış sayı: 1237
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir
Azərbaycanın tankları Qarabağa doğru irəliləyir

Bəzi dairələr Azərbaycanı hücumdan çəkindirməyə çalışırlar

Ermənistanda  qərb yönümlülərin hakimiyyətə gələ bilmək ehtimalı Rusiyanın bəzi ermənipərəst ekspert dairələrində Qarabağ qorxusu yarvdıb.

İstiPress-in məlumatına görə, bir vaxt Qarabağ klanının lideri Serj Sarkisyana bəy tərifi yağdıran  bu ermənipərəst ekspertlər indi Azərbaycanı Ermənistanın Rusiyanın təsirindən çıxmasından sonra Qarabağ münaqişəsini Rusiyanın iştirakı olmadan həll etməməyə çağırırlar.

Belə ekspertlərdəni biri - Rusiyanın ermənipərəst «Regnum» portalının Azərbaycanda böyümüş analitiki Stanistlav Tarasov iddia edir ki, rəsmi Bakı Ermənistanda hakimiyyətə hansı qüvvələrin gələcəyini bilir və Azərbaycan rəhbərliyi Qarabağ məsələsini Rusiyanın moderatorluq etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində deyil, Ermənistanın yeni liderləri ilə həllə etmək niyyətindədir.

Tarasov Azərbaycan rəhbərliyinə bunu etməməyi məsləhət görür. Sən demə, onun fikrincə, rəhbərliyə kimin gəlməsindən asılı olmayaraq Qarabağ məsələsi erməniləri birləşdirə bilər və onlar siyasi fikir ayrılıqlarını kənara qoyaraq Qarabağ ideyası ətrafında birələşərlər, yəni yenidən Rusiyanın önəmini anlayarlar və Moskva tərəfdarları hakimiyyətə gələr. Amma Tarasov özü də izah edə bilmir ki. Azərbaycan bundan nə itirər? Elə indi də hakimiyyətdə Rusiya aşiqləridir, Paşinyan geri çəkildikdən sonra nə dəyişə bilər ki?

Qərbyönümlü Nikol Paşinyanla rusyönümlü Karen Karapetyan anlaşa bilmədilər
Qərbyönümlü Nikol Paşinyanla rusyönümlü Karen Karapetyan anlaşa bilmədilər

Müəllif həm də Bakıya məsləhət görür ki, qərbyönümlülər hakimiyyətə gələndən sonra İrəvanla hətta Qarabağı qaytarsalar belə xoş münasibət qurmasın, çünki qərbyönümlü İrəvan xoş münasibətlərdən istifadə edərək Bakıya narıncı inqilab ixrac edə bilər.

Tamamilə məntiqsiz iddiadır. Birincisi, Paşinyanın və ya hansısa digər qərbyönümlünün hakimiyyətə gəldikdən sonra Qarabağı siniyə qoyub Azərbaycana qaytaracağına heç bir inam yoxdur. Azərbaycan istər, istəməz Qarabağda müharibə eləməli olacaq.  Sülh, ərazilərin qaytarılması yalnız müharibədən sonra mümkün olacaq.

İkincisi, Azərbaycanın ən dost olduğu ölkələrdən biri kimi Gürcüstanın nümunəsi göstərir ki, narıncı inqilablar heç də yolxucu deyil və ölkədən ölkəyə keçmir, onu daxili problemlər yaradır. Əks halda, Rusiyadan başqa heç bir ölkə ilə təmasa girməyən Ermənistan bu problemlə üzləşməzdi.

Sadəcə, Tarasov anlayır ki, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağ klanının sonu deməkdir və bu, Qarabağın Azərbaycanın nəzarətinə qayıtmasının şansını artırır.  Çünki Rusiya əvvəlki müharibələrdə olduğu kimi məsələyə fəal müdaxilə etməyəcək. Qarabağ klanının aşiqi Tarasov  buna görə öz aləmində bu cür nəticələrdən qaçmaq üçün preventiv təbliğat maşını qurur.