İkiyə bölünmüş ölkənin birləşdirilməsinə qərar verildi FOTO

27 Aprel, 2018 14:27 | Siyasət | Baxış sayı: 391
Kim Çen In və Mun Çje İn
Kim Çen In və Mun Çje İn

Kimdən tarixi qərar

Şimali Koreya və Cənubi Koreya indən belə münasibətləri yaxşılaşdıracaq.

İstiPress-in məlumatına görə, bu barədə hər iki ölkənin liderlərinin görüşündən sonra qəbul edilmiş birgə bəyanatda bildirilir.

"Şimal və Cənub münasibətlərin bütöv və hərtərəfli  yaxşılaşdırılması və inkişaına çalışacaq, bununla da birgə çiçəklənmə və birləşmə yaxınlaşdırılacaq", - deyə sənəddə bildirilir.

Həmçinin payızda Cənubi Koreya lideri Mun Çje İnin şimala səfəri planlaşdırılıb.

Qeyd edək ki, KXDR və Cənubi Koreya liderləri bu gün Kim Çen In və Mun Çje İn hərbi demarkasiya sərhədində bir-biri ilə salamlaşıblar və əl sıxıblar.

Tərəflər məntəqənin demilitarizasiya zonasının cənub hissəsində Cənub və Şimal arasında münasibətlərin yaxşılaşdırılması, sülh və birləşmə perspektivləri barədə danışıqlar aparıb.

Şimali və Cənubi Koreya liderləri Kim Çen İn və Mun Çje İn keçirdikləri görüş zamanı Koreya yarımadasının nüvə silahından təmizlənməsi, sülhün bərqərar olunması və ölkələr arasında münasibətlərin yaxşılaşdırılması məsələlərinə toxunublar.

Həmçinin, keçən həftə Kim Çen In bildirib ki, Şimali Koreya aprelin 21-dən nüvə və raket sınaqları aparmağı dayandırır.