Şimal rayonunda koroinavirusla bağlı videomüşavirə

27 Mart, 2020 16:16 | Siyasət | Baxış sayı: 335

28 icra nümayəndəsi ilə video bağlantı qurulub

Xaçmaz ih başçısı Elnur Rzayev bu gün ölkədə koronavirusla bağlı görülən tədbirlərin rayonda tətbiqi və icrası ilə bağlı videomüşavirə keçirib.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayon rəhbəri 28 icra nümayəndəsi ilə qurulan video bağlantıda Nazirlər Kabineti yanında fəaliyyət göstərən operativ qərargahın irəli sürdüyü tələb və qadağaların qeyd-şərtsiz icra olunmasını diqqətə çatdırıb.

İcra nümayəndələrinə virusla bağlı mübarizəni gücləndirmək tapşırığı verilib.