Bu ölkə koronavirusa görə birinci oldu - 82 min xəstə

27 Mart, 2020 09:50 | Siyasət | Baxış sayı: 127
Koronavirus
Koronavirus

ABŞ Çin və İtaliyanı da geridə qoyub

ABŞ koronavirusa yoluxma hallarına görə Çin və İtaliyanı geridə qoydu. Ştatlarda 82179 yoluxma halı müəyyən edilib. Ölkədə xəstə sayı son 6 saatda 12982 nəfər artıb. Ölü sayı isə 1177-yə çatıb. ABŞ-ı 81285 yoluxma ilə Çin və 80589 ilə İtaliya izləyir. 

Azərbaycanın qonşularında da vəziyyət ürəkaçan deyil. İran virusa ən çox qurban verən ölkələrdən biridir. Türkiyədə isə ölü sayı bir gündə 16 nəfər artıb. Bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib. Onun sözlərinə görə, 1196 yeni yoluxma qeydə alınıb. Bununla da xəstə sayı 3629, ölü sayı isə 75-ə çatıb.

Dünyada isə koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 20 834 nəfər COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb. 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb. Qısa müddətdə virus bütün dünyaya yayaılıb. Avropa isə koronavirusun mərkəzinə çevrilib. Ən gərgin vəziyyət İtaliya və İspaniyadadır. Dünya ölkələrinin əksəriyyəti bütün sərhədlərini bağlayıb, karantin rejimi elan edib, məktəblər, uşaq bağçaları fəaliyyətlərini dayandırıb. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.