Paşinyan tam təslimə hazırlaşır

27 Mart, 2019 16:55 | Siyasət | Baxış sayı: 1111
Rusiya generalları Ermənistanda hərbi bazanı yoxlayır
Rusiya generalları Ermənistanda hərbi bazanı yoxlayır

Rusiya Ermənistanı ağır cəzalandırmağı qərara alıb

Erməni KİV-ləri Nikol Paşiyanın martın 29-da Vyanada İlham Əliyevlə göbzlənilən görüşünü necə şərh etmək məsələsində çaş-baş qalıblar.

İstiPress-in məlumatına görə, Ermənistanın “inqilabçı” baş naziri iddia edir ki, görüşə məhz Xankəndidə çıxışı zamanı söylədiyi tezisləri təkrarlamaq, yəni formatın dəyişdirilməsini tələb etmək üçün gedir.

Paşinyana qulbeçəlik edən bəzi erməni portallar, məsələn “Lragir” hətta irəli gedərək bunu Azərbaycanın erməni tərəfinin tələbini qəbul etməsi kimi təqdim edir, iddiası da odur ki, Paşinyan belə deyəndən sonra Azərbaycan tərəfi niyə görüşə razılıq verir? Azərbaycanda böyüsə də erməni aşiqi olan rusiyalı şərhçi Stanislav Tarasov isə “Reqnum”da yazdığı məqaləsində əldə bir həll varinatının olduğunu iddia edir və bunun Ermənistan üçün ATƏT-in Minsk qrupunun təklif etdiyi Madrid prinsiplərindən daha əlverişli olduğunu güman etdiyini bildirir.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə İstiPress-ə müsahibəsində heç bir həll variantının olmadığını, bu ifadələrin sadəcə erməni blefi olduğunu vurğulayır: “Paşinyanın əqli sağlamlığının yerində olmasına şübhəm var. Bir gün tələb edir ki, format dəyişdirilməlidir, ertəsi gün bəyan edir ki, Vyanada Azərbaycan prezidenti ilə görüşə gedəcək”.

Qabil Hüseynlinin fikrincə, Paşiyan Vyanada danışıqlar prosesini tərk edə bilər: “Orada da Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsini tələb edə bilər. Təbii ki, bu danışıqlar prosesinin dayandırılması olacaq ki, Azərbaycanın müharibə variantını seçməkdən başqa yolu qalmayacaq”.

Qabil Hüseynli - politoloq
Qabil Hüseynli - politoloq

Lakin politoloq Rusiyanın müharibəyə imkan verməyəcəyini güman edir: “Ermənistanda hakimiyyəti dəyişmək Rusiya üçün asan məsələdir, lazım olsa Paşinyanı bir saata hakimiyyətdən salarlar. Rusiya münaqişənin həllində maraqlı deyil. Ona görə də danışıqların nəticəsiz davam etməsinə çalışacaq”,- deyə Qabil Hüseynli vurğulayır.

Erməni KİV-lərini diqqətlə izlədikdə Paşinyanın da Rusiyanın bu tələbinə tabe olduğunu anlamaq olur. Məsələn, İrəvanda dərc olunan “168 jam” qəzeti yazır ki, martın 21-də 22-də Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyan Moskvaya gizli səfər edib və Rusiya XİN başçısı Sergey Lavrovla görüşüb. Məhz bundan sonra Paşinyan Vyana səfərinə razılıq verib.

Belə çıxır ki, Rusiya Paşinyanın hakimiyyətdə qalmasına razılıq verib və bunun müqabilində danışıqlarda Serj Sarkisyan kimi ona da dəstək verir. Danışıqların kluar söhbətlərinə xəbərdar olanlar bilir ki, Serj Sarkisyan bu dəstəyin əvəzində Ermənistanı Avrasiya İttifaqına üzv etdi, Paşinyan isə ölkəsini böyük ehtimalla Rusiyanın Belarusla yaratmağı planlaşdırdığı İttifaq dövlətinin üçüncü üzvü edəcək. Yəni vahid valyuta, vahid maliyyə siyasəti,  vahid ordu və s-lə bağlı anlaşmaya qol çəkəcək. Bu isə qərbin dəstəyi ilə Ermənistanı xilas üçün  hakimiyyətə gətirilmiş Nikol Paşinyanın Rusiya qarşısında tam təslimi olacaq.

Əslində, Ermənistanı vassal asılılığına salan, Qarabağ münaqişəsinin həllinə imkan verməyən Rusiya ermənilər üçün səssiz və gerçək soyqırım planlaşdırır. Permanent müharibə son 25 ildə Ermənistan əhalisini 2,5 dəfəyə qədər azaldaraq 1,6 milyona salıb və bu gedişlə yaxın 25 ildə Ermənistan boş əraziyə - Rusiyanın hərbi poliqonuna çevriləcək. Moskvanın bu addımı başa düşüləndir - 1980-ci illərin sonlarında qərbə işləyən ermənilər Qarabağ münaqişqəsini başlamaqla Rusiyanın supergüc statusunu yox etdilər və Şərqi Avropa Rusiyanın nəzarətindən çıxdı. İndi növbə Ermənistana çatıb və etdiklərinin əvəzini ödəməlidir, çünki Moskva göz yaşlarına inanmır.