Rus diplomatları qovan ölkələrin sayı artdı

27 Mart, 2018 12:20 | Siyasət | Baxış sayı: 148
Rus diplomatları qovan ölkələr
Rus diplomatları qovan ölkələr

ABŞ-da bu siyahıya qoşuldu

Rusiya diplomatlarını ölkədən çıxaran ölkələrin sayı 23-ə çatdı. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, ümumilikdə 137 rusiyalı diplomatın geri göndərilməsi nəzərdə tutulub.
 
Xatırladaq ki, Böyük Britaniyada sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripal və qızı zəhərlənib. Rəsmi London bu işdə Rusiyanın əlinin olduğunu iddia edib və ölkəsindəki 23 rus diplomatı çıxarmaq haqqında qərar qəbul edib. Ondan sonra Avropa Birliyinin bəzi ölkələri, ABŞ, Kanada da anoloji addımı atmaq haqqında qərar qəbul edib. 

Ağ evin "Twitter" səhifəsində bu barədə məlumat əks edilib. "Bu gün prezident Tramp onlarla rusiyalı kəşfiyyatçını ölkədən çıxarmaq və Sietldəki Rusiya baş konsulluğunu bağlamaq barədə sərəncam imzalayıb. Bu yolla ABŞ və bizim tərəfdaşlarımız Rusiyaya əməllərinin cavabsız qalmayacağını izah edir". 

Rusiyalı diplomatları ölkəsindən çıxaranlar arasında Albaniya, Xorvatiya, Çexiya, Danimarka, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Norveç, İsveç, İspaniya və s adları var.