Türkiyə İdlibdə 2 şəhid verdi - şəhidlərin qisası alındı

27 Fevral, 2020 09:06 | Siyasət | Baxış sayı: 57
Türk əsgəri
Türk əsgəri

Hökumət qüvvələrinin çox sayda texnikası və canlı qüvvəsi məhv edilib

Suriyada Türkiyə hərbçilərinə hava hücumu olub. İdlibdə hücum nəticəsində 2 türkiyəli hərbçi şəhid olub.  Bu barədə Türkiyənin Milli Müdafiə Nazirli məlumat yayıb. Hücum nəticəsində daha 2 əsgər də  yaralanıb.

"Unutulmamalıdır ki, şəhidlərimizin qanı heç bir zaman yerdə qalmayıb, bundan sonra da qalmayacaq".

Qurumun rəsmi sosial şəbəkə səhifəsində bildirilib ki, xain hücumdan sonra Suriyanın hökumət qüvvələrinə dərhal cavab atəşi açılıb. Nəticədə texnika və canlı qüvvə məhv edilib.

İlkin məlumata görə, 114 rejim nümayəndəsi də zərərsizləşdirilib.