Paşinyandan total hücum əmri

27 Fevral, 2020 18:02 | Siyasət | Baxış sayı: 1056
Paşinyan
Paşinyan

Erməniləri qorxuya salan “İrəvan” kadrlarının fərqli yorumu

Ermənistan baş naziri Nikol Paşinyan onu tənqid edənlərin telefon danışıqlarının dinlənilməsini sərtləşdirməyi əmr edib.

İstiPress-in məlumatına görə, məsələyə məqalə həsr edən “Past” qəzeti yazıb ki, Paşinyan bu məsələ ilə məşğul olan təhlükəsizlik işçilərin sayını artırmağı da buyurub.

Erməni mətbuatına bu barədə xəbər sızdıran təhlükəsizlik zabiti bildirib ki, indiyə kimi dinləmə işlərinə bu qədər böyük sayda əməkdaşı cəlb edilməmişdi və vəziyyət Ermənistan Təhlükəsizlik Xidmətinin divarları arasında heyrət doğurub. 

Avetik Çalabyan
Avetik Çalabyan

Təhlükəsizlik mütəxəssislərini həm də Nikol Paşiyanın bu günlərdə təhlükəsizlik xidməti əməkdaşları barədə işlətdiyi bir ifadə heyrətləndirib. Erməni siyasətçi Avetik Çalabyanın “tert.am”da bu gün dərc edilmiş məqaləsində bildirilir ki, Nikol Paşiyanın bir sıra təhlükəsizlik əməkdaşlarını satqın adllandırıb, sən demə, onlar milyardları xalqa qaytarmağa mane olurmuşlar.  Çalabyan fevralın 26-da “Facebook”da dərc olunmuş bu ifadələri Paşinyanın  fantaziyasının məhsulu adlandırıb.

Erməni ekspertlər düşünür ki, Paşinyan köhnə hakimiyyətə bağlı olduğunu düşündüyü təhlükəsizlik xidmətini dağıtmaq istəyir və bnun üçün hər addımı atacaq. Onlar bu günlərdə azərbaycanlı gənclərin İrəvanda gizli çəkiliş etməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış videonu da Paşiyanın əməli sayıblar. “Armenianreport”da məsələyə həsr olunmuş məqalədə bu, 1987-ci  ildə Qərbi Almaniyadan öz kiçik təyyarəsində uçaraq Qızıl Meydana enmiş Matias Rustun əməlinə bənzədilib. Məhz həmin addım Qorbaçova ona mane olan təhlükəsizlik işçilərini işdən çıxarmağa imkan vermişdi.