İlham Əliyev üçün maraqlı hədiyyə FOTO

27 Fevral, 2020 13:39 | Siyasət | Baxış sayı: 185
Hədiyyə
Hədiyyə

Hədiyyə Uels milli komandası tərəfindən göndərilib

Bu gün prezident İlham Əliyev Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Cənub Qaz Dəhlizi layihəsi, Böyük Britaniyanın Azərbaycanın bərpa olunan enerji sektrouna sərmayə qoymağa hazır olması və Böyük Britaniyanın noyabr ayında COP26 – iqlim dəyişikliyi konfransına ev sahibliyi etməsi, həmçinin karbon emissiyalarının (CO2) azaldılması ilə bağlı planları da daxil olmaqla bir çox vacib məsələlər müzakirə edilib.

Görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.