"Oskar"lı rusla erməni homoseksualların davası böyüyür

27 Fevral, 2019 19:09 | Siyasət | Baxış sayı: 347
Nikita Mixalkov
Nikita Mixalkov

Rusiyada ermənilərə məxsus kanal faşizmi təbliğ edir

Rusiyada general-leytenant Dmitri Karbışevi təhqir etmiş ermənipərəst TNT telekanalı generalın nəvələri arasından baş vermiş qarşıdurma yenidən alovlanıb.

İstiPress-in məlumatına görə, generalı təhqir etdikdən sonra onun nəvələrinin haqlı iradı qarşısında üzr istəmiş aktrisa Nadejda Sısoyevaya ermənilərə məxsus  kanalın təyin etdiyi vəkil tərfindən haqq qazandırılmağa başlayıb. Vaxtı ilə «Oskar»çı rus rejissor Nikita Mixalkovu da özündən çıxaran məsələ yenidən gündəmə gəlib.

Ermənilərə məxsus “TNT” kanalında yayımlanan “Comedy Woman” verilişində generalın ölüm səhnəsi məsxərəyə qoyulmuşdu. 
Məsəl bundadır ki,  sovet alimi, general-leytenant Dmitri Karbışev 1941-ci ildə kontuziya alaraq əsir düşüb. Faşistlər yüzlərlə əsirlə birlikdə onun da üzərinə şaxtalı havada su tökərək dondurub öldürüblər. Ölüm qabağı general qorxan əsirlərə üz tutaraq deyib: "Qorxmayın, yoldaşlar! Vətən barədə düşünün və kişilik sizi tərk etməz!"

Dmitri Karbışev - sovet general leytenantı
Dmitri Karbışev - sovet general leytenantı

“Comedy Woman”ın 2013-cü ildə efirə getmiş komediya şousunda isə belə bir səhnə var. Aktrisa Yekatrina Varnavanın qəhrəmanı deyir: "Sakit. Hiss edirsiniz? Sanki kürəyim buza döndü". Aktrisa Nadejda Sısoyeva isə cavab verir: "Bu, Mentos reklamındakı kişinin nəfəsidir!". Aktrisa Nataliya Medvedeva hər ikisini təkzib edir: "Yox. Bu, general Karbışevin donmuş ruhudur. O, sənə arxadan yaxınlaşıb və qucaqlayıb".

Bununla bağlı Dmitri Karbışevin nəvələri Rusiya İstintaq  Komitəsinə müraciət edərək babalarını təhqir edən “Comedy Woman” verilişini cəzalandırmağı tələb etmişdi. General Karbışevin nəvələri  həm də düşünür ki, kanal rəhbərliyində faşistlərlə yanaşı homoseksuallar da təmsil olunub və hər iki təbliğat paralel aparılır. Şoulardan birində Hitlerin qadını Yeva Braun təsvir edilir və o, Hitlerin cinsi həvəsini oyatmaq istəyir: “Gəl şəraiti dəyişək, mən mətbəxə keçim və Stalinin paltarını geyinim”,- deyə bildirir. Generalın nəvələrini ən çox narahat edən məsələ bu səhnələrin əsas tamaşaçı kütləsini təşkil edən hərbi məktəb kursantlarının qarşısında oynanmasıdır. 

Aktrisa sonradan bu sözlərə görə üzr istəmişdi və bildirmişdi ki, o, kanalın seçdiyi müəlliflərin yazdığı mətni oxuyub.

Artur Canibekyan - TNT telekanalının rəhbəri
Artur Canibekyan - TNT telekanalının rəhbəri

İndi isə kanalın təyin etdiyi vəkil  Olqa Katkova iddia edir ki, almanlar general Karbışevi buzla dondurmayıblar, o öləndə, yəni 1945-ci ilin aprelində havada sübət temperatur olub. Olqa Katkova bu məlumatı ona Almaniyadan verdiklərini iddia edir. General Karbışeyvin nəvələri isə kanalın yenidən faşizmi təbliğ etdiyini düşünürlər.