Bir yerə 11 nəfər düşür... - MSK namizədlərin son sayını açıqladı

27 Yanvar, 2020 17:25 | Siyasət | Baxış sayı: 40
Məzahir Pənahov
Məzahir Pənahov

263 nəfər namizədliyini geri götürüb

Milli Məclisə keçiriləcək seçkilərdə 1374 nəfərin namizədliyi qeydə alınıb.

İstiPress-in məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib. O qeyd edib ki, bu göstərici o deməkdir ki, bir yerə 11 nəfər düşür: "Qeydə alınanlardan 248 nəfəri siyasi partiya nümayəndəsidir".

Qeyd edək ki, 263 nəfər namizədliyini geri götürüb.